Erməni idmançılar Azərbaycana gəlməkdən imtina etdilər

18:18 5 Aprel 2016

Boks üzrə Ermənistan Federasiyasının prezidenti Artur Qevorqyan Qarabağdakı  vəziyyətə görə boksçuların  Azərbaycan ilə Türkiyə baş tutacaq turnirlərdə iştirak etməsini qadağan edib.

 

Sportarena.az xəbər verir ki, Federasiyanın prezidenti idmançıların təhlükəsizliyini qorumaq üçün belə bir qərar verdiyini deyib.

 


Məlumata görə, Qevorqyan erməni boskçularının Azərbaycanda və Türkiyədə keçiriləcək seçmə Olimpiya oyunlarında iştirak etməsinə imkan verməyəcəyini deyib:

"Mənim üçün ən önəmlisi idmançılarımın təhlükəsizliyidir. Azarkeşlərimiz, güman edirəm ki, başa düşərlər bizi. Hərbidə qulluq etmiş idmançılar isə cəbhəyə gedəcək. Onlar əsgərlərimizə kömək edəcəklər".  


Digər xəbərlər

Xəbər xətti