Dünya rekordçusu yenidən Premyer Liqada

10:07 6 Aprel 2016

Şotlandiyanın "Reyncers" klubu yenidən Premyer Liqada çıxış edəcək. 

 


Sportarena.az xəbər verir ki, 2012-ci ildə 4-cü liqaya göndərilən klub, yeni mövsümdən Premyer Liqaya geri dönəcək.
 

Hesabında 79 xalı olan komanda, sona 4 tur qalmış ən yaxın izləyicisi olan "Falkirk"dən 17 xal aralanıb. Bu da, komandanın çempion olması deməkdir.

 


Qeyd edək ki, komanda öz ölkəsində 54 dəfə çempion olmaqla dünya rekordu qırıb.


Digər xəbərlər

Xəbər xətti