ŞOK İDDİA! Millimizin Qazaxıstanla oynadığı matç danışılmış olub

13:16 6 Aprel 2016

Qazaxıstanın fanatik.kz saytı şok iddia ilə çıxış edib.

 

Sportarena.az xəbər verir ki, onlar Azərbaycan və Qazaxıstan milliləri arasında martın 26-da Antalyada baş tutan qarşılaşmada tərəflərin 1:1 hesablı nəticəyə razılaşıb meydana çıxdıqlarını bildiriblər. 

 

Lakin qazaxlar razılaşmaya əməl etməyiblər. Oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatdığı üçün qarşılaşmadan sonra Azərbaycan tərəfi qalmaqal yaradıb və qarşı tərəfi verdiyi vədə əməl etməməkdə günahlandırıb.

 

Azərbaycan tərəfi bu heç-heçə üçün Qazaxıstan millisinin otel xərclərini, məşq üçün meydança xərclərini də ödəyib. Buna baxmayaraq, vədə yenə də əməl edilməyib. Buna görə Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin yığmanın bazasının rəhbəri Nizam Hüseynovu vəzifəsindən azad etmək istəyib. Amma Hüseynov ərizə yazmaqdan imtina edib.

 

Deyilənə görə, artıq sabiq baza direktoru sayılan Hüseynov Qazaxıstan və Azərbaycan yığmalarının əvvəlki oyunlarının da danışılmasında iştirak edib. O, Miroslav Beranekin baş məşqçi olduğu dönəmdə hər iki komandasının ev qələbəsi qazandığı vaxt bu işdə vasitəçi olub.(qafqazinfo)


Xəbər xətti