Azarkeşlərimizdən ordumuza möhtəşəm dəstək - VİDEO

21:45 6 Aprel 2016

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını layiqincə alarkən şəhidlik zirvəsinə yüksələn igid Azərbaycan oğulları ölkəmizin hər bir bölgəsində anılır.

 

Sportarena.az xəbər verir ki, bu gün futbol klublarının azarkeşlərinin iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə Elmlər Akademiyası metrostansiyasının qarşısında aksiya keçirilib. İki saata yaxın davam edən aksiyaya iki mindən çox azarkeş qoşulub. Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını Avrokuboklarda dəstəkləyən fan-klublar da yer alıb.


Digər xəbərlər

Xəbər xətti