"Al-Ahli Dubai Open"də 1 qızıl və bürünc

11:51 9 Aprel 2016

16-17 yaşlı gənclərdən ibarət milli komandanın üzvü Roman Heydərov Birləşmiş Ərəb Əmirliklərində "Al-Ahli Dubai Open" beynəlxalq turnirinin qızıl medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, 5 görüşü qələbəylə başa vuran idmançımız Dubayda "Karate1" Premyer Liqa turnirində bir daha tatamiyə çıxacaq. 


Məşqçi Vahid Ayvazovun rəhbərlik etdiyi kata üzrə seçmə komandanın digər üzvü Rafiq Əmirov və fiziki qüsurlu idmançıların yarışına ilk dəfə qatılan Sahib Əsədov da Premyer Liqada mübarizə aparacaq. 


Açıq turnirin 14-15 yaşlı yeniyetmələri arasında kumite yarışında isə seçmə komandamzın idmançısı Mədinə Sadıqova (-47 kq) bürünc mükafata sahib olub. 


Xəbər xətti