Məhşur döyüşçü karyerasını başa vurdu

15:53 10 Aprel 2016

Bu gecə Las Veqasda 2 çəki dərəcəsində keçmiş dünya çempionu Timoti Bredlini məğlubiyyətə uğradan Menni Pakyao döyüşdən sonra maraqlı açıqlamaları ilə yadda qalıb.
 
«Bu döyüş Timotilə əvvəlki 2 qarşılaşmadan seçilirdi. Əsas da ona görə ki, mən daha aqressiv idim. Ancaq bununla belə asan qalib gəldiyimi söyləyə bilmərəm. Çünki , Bredli əvvəlki döyüşlərlə müqayisədə daha böyük təcrübəyə malikdir», – deyə Menni qeyd edib.
 
Bundan başqa sonda Pakyao bir daha rinqə qayıtmayacağını elan edib.


Digər xəbərlər

Xəbər xətti