"Xəzər Lənkəran"lı: "Oturub fikirləşmək lazımdır"

19:22 10 Aprel 2016

Azərbaycan Prmeyer Liqasının 29-cu turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Güləliyev matçdan sonra sportarena.az saytına açıqlama verib. Vaqif açıqlamasında bunları deyib:

"Oyun maraqlı və çətin oldu. Xırda səhvlərdən qol gördük qapımızda, əlimizə düşən epizodlardan da istifadə edə bilmədik. Oturub fikirləşmək lazımdır. Bu oyun uduzulası oyun deyildi amma belə oldu. 1 qol oyunun taleyini həll elədi. Hakimlik barədə onu deyə bilərəmki, Əliyar Avroliqa matçları idarə etmiş adamdır. Bu oyunu da çox gözəl idarə etdi. Buna görə ona təşəkkür edirəm"


Digər xəbərlər

Xəbər xətti