Millimizin üzvü oynadı, komandası xal itirdi

01:28 11 Aprel 2016

Almaniya ikinci Bundesliqasında XXIX turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" klubu növbəti oyununu keçirib.

 

"Kayzerslautern" klubuna qarşı keçirilən matçda D.Nazarov 75-ci dəqiqədə oyuna daxil olub. Matç 0:0 hesablı bərabərlikdə başa çatıb. 

 

Qeyd edək ki, "Karlsrue" hazırda 39 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti