(R) "Zirvə" fitnes mərkəzində qadın saatı - VİDEO

12:55 11 Aprel 2016

Gözəl bədən quruluşuna sahib olmaq hər bir xanımın ən böyük arzusudur. Bu yolda xanımlar daha çox pəhrizə üstünlük versə də, idmanın rolu əvəzolunmazdır. AAAF Parkda yerləşən “Zirvə” fitness mərkəzində qadınların məşq etməsi və asudə vaxtını yaxşı keçirməsi üçün rahat bir şərait yaradılıb.

 

 

AAAF TV-yə danışan mərkəzin məşqçisi Gülnarə Əhmədova xanımlara məhz fitnessin incəlikləri barədə məsləhətlər verdi. Həftənin 7 günü fəaliyyət göstərən fitness mərkəzində bütün əzələ qrupları üçün lazım olan məşq avadanlıqları istifadəyə verilib. Məşqçi pəhrizin fitnessə dəstəkverici rolundan, artıq çəkidən azad olunmağın yollarından, həm də dəri sallanmalarının idmanla qarşısının alınmasından danışıb.

 

 

Qeyd edək ki, “Zirvə” fitness mərkəzində yalnız qadınlar üçün olan saatlar həftənin 6 günü səhər 10 dan 12-yə qədərdir. AAAF Parkda məhz “Zirvə” fitness mərkəzindən istifadə üçün 40% endirim imkanı verən “Tələbə” və “Novruz” kampaniyaları da aktivdir.


Digər xəbərlər

Xəbər xətti