Taekvondo yığmamız Almaniyadan 1 qızıl, 3 gümüş və 1 bürünc medalla geri dönür

15:15 11 Aprel 2016

G-2 kateqoriyalı "DTF Prezidentinin Kuboku" yarışının son günü də yığma komandamızın bir üzvü aktivinə bürünc medal əlavə edib. 

 

Sportarena.az xəbər verir ki, -74 kq çəki dərəcəsində mübarizəyə qatılan Səid Quliyev yalnız yarımfinal mərhələsində məğlub olaraq yarışı, fəxri kürsünün üçüncü pilləsində başa vurub.

 

Beləliklə, böyüklərdən ibarət yığma komandamız, Almaniyanın Bonn şəhərində təşkil edilən, 1500 taekvondoçunun qatıldığı "DTF Prezidentinin Kuboku"nda 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub. 

 

Komandanın üzvlərindən Milad Beigi Hərçəqani (-80 kq) qızıl, Patimat Abakarova (-53 kq), Məcid Sofiyev (-54 kq) və Məhəmməd Məmmədov (-63 kq) gümüş, Səid Quliyev (-74 kq) isə bürünc medalla vətənə dönür.


Digər xəbərlər

Xəbər xətti