Messi 74 milyon avrosu ilə...

11:50 12 Aprel 2016

İspanya komandası "Barselona"nın argentinalı hücumçusu Lionel Messi 74 milyon avro illik gəliri ilə ən çox qazanan futbolçuların siyahısında birinci yeri qoruyub saxlayır.

 

Sportarena.az xəbər verir ki, ən yaxşı futbolçu mükafatının beşqat sahibinin 2015-ci ildə gəlirləri 2014-cü illə müqaisədə 9 milyon avro artıb. Siyahıda Messidən sonra, 2-ci pillədə "Real"ın portuqaliyalı hücumçusu Kriştian Ronaldo gəlir (67,4 milyon avro), üçüncu yerdə isə "Barsa"nın braziliyalı hücumçusu  Neymar qərarlaşıb (43,5 milyon avro).


Qeyd edək ki, məşqçilər arasında 1-ci yerdə Joze Maurinyo, "Çelsi" (24 milyon avro), 2-ci yerdə Pep Qvardiola, "Bavariya", 3-cü yerdə isə Fabio Kapello qərarlaşıb.


Xəbər xətti