"Atletiko" və "Bavariya" yarımfinalda - YENİLƏNİB

00:37 14 Aprel 2016

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutacaq iki qarşılaşmada son yarımfinalçılar müəyyənləşəcək.

 

Günün maraqla gözlənilən matçı İspaniyada baş tutacaq. Burada "Atletiko" doğma meydanda "Barselona"nı qəbul edəcək. İlk oyun rəqibinə 2:1 hesabı ilə məğlub olan "Atletiko" bu oyunda qələbə qazanıb adını yarımfinala yazdırmağa çalışacaq.

 

Günün növbəti matçı isə Portuqaliyada baş tutacaq. Doğma meydanda Almaniya nəhəngi "Bavariya"nı qəbul edəcək "Benfika" klubu yarımfinal uğrunda mübarizə aparacaq. İlk oyun Almaniyada 1:0 hesabı ilə qalib gələn "Bavariya" isə bu matça üstün çıxacaq.


Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

13 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

 

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) 2:0
İlk oyun - 1:2

 

22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) 2:2
İlk oyun - 0:1


Digər xəbərlər

Xəbər xətti