Basketbolda daha bir əfsanə tarixə çevrildi

18:47 14 Aprel 2016

Kobi Brayant  23 avqust 1978-ci ildə Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində dünyaya göz açıb. O , karyerası ərzində FİLADELFİYA Seventi Siksers , SAN DİEQO Klippers, HYUSTON ROKETS  və bir sıra italiyan klublarında da  oynamış sabiq məşhur basketbolçu CO BRAYANT-in yeganə oğludur.  Co Brayant karyerasını başa vurduqdan sonra isə məşqçiliyə başlayır.O italiyada oynadığı illərdə ailəsini də özü ilə oraya aparır. Həmin vaxt KOBİ-nin 6 Yaşı var idi.Və elə məhz buna görədə hal hazırda KOBİ italyan  və ispan dillərinidə sərbəst danışa bilir.

KOBİ-nin anası PAMELA KOKS –isə vaxtıikən basketbolçu olmuş ÇABBİ KOKS-un bacısıdır.  KOBİ BRAYANT hələ 3 yaşı olarkən basketbol oynamağa başlayır.Kiçik yaşlarından etibarən  LOS ANCELES LEYKERS azarkeşi olan KOBİ, həm də ailəsi ilə italiyada yaşadığı müddətdə futbola da marağ göstərirdi. O MİLAN-ın eyni adlı komandasına pərəstiş edirdi .KOBİ BRAYANT etiraf edib ki, əgər Avropada qalıb yaşasaydı bəlkə də indi məşhur basketbolçu yox , tanınmış futbolçu olardı. O oyununu bəyəndiyi futbolçulardan FRANK RAYKAARD və RONALDİNYO-nun adlarını  xüsusiylə qeyd edir. Ancaq KOBİ-nin atası CO BRAYANT 1991-ci ildə basketbolçu karyerasını başa vuraraq ailəsi ilə AMERİKAya qayıdır.Artıq öz vətənində yaşayaraq məktəbdə təhsil alan KOBE BRAYANT  1996-cı ildə bir ilkə imza atır .Belə ki, onun adı  təhsil aldığı məktəbdən bir başa  MİLLİ BASKETBOL ASSOSİASİYASInın DRAFTına salınır. Kobi  DRAFT-ın  ilk raundundan ŞARLOTT HORNETS klubu tərəfindən      13-cü seçilərək klublararası razılığa  əsasən  dərhal LOS ANCELES LEYKERS-ə  verilir ! KOBİ BRAYANT  LEYKERS-in heyətinə cəlb olunarkən komandada ŞAKİL O`NİL kimi basketbolçu çıxış edirdi. ONUNLA  birlikdə LEYKERS-in şərəfini qoruyan KOBİ BRAYANT  ardıcıl olaraq 2000 ,2001 və 2002-ci illərdə  3  dəfə NBA çempionu olur. 2004-cü ildə isə ŞAKİL  O`NİL LOS ANCELES-i tərk edərək MAYAMİ HİT-ə keçir. Bu hadisədən sonra KOBİ şərhsiz və şəriksiz LEYKERS-in LİDERİ-nə çevrilir . NBA tarixinin ən titullu məşqçisi FİL CEKSON-un rəhbərliyi altında KOBİ öz inamlı oyunu və ustalığı hesabına  LOS ANCELES klubuna 2009 və 2010-cu illərdə daha 2 dəfə NBA çempionluğunu qazandırır. Qeyd edək ki 2005/2006 mövsümündən sonra BRAYANT 8 nömrəli formasını 24-ə dəyişdirdi .Səbəb isə KOBİ-nin məktəbli olarkən ya 24 ya da  33 nömrəli formayla çıxış etməsiydİ. KOBİ LEYKERS-ə gələrkən 24 NÖMRƏLİ forma ilə CORC MAKLAUD çıxış edirdi. 33 Nömrəli forma isə artıq KƏRİM ƏBDÜL CABBAR-ın adına əbədiləşdirilmişdi.  buna  görə  KOBi 8 nömrəli formadan imtina etdikdən sonra  məhz 24 nömrəli formanı geydi.

18 aprel 2001 –ci il tarixində  KOBİ BRAYANT Meksika əsilli rəqqasə VANESSA LEYN ilə ailə həyatı qurdu. Ancaq toy mərasimində KOBİ-nin nə valideyinləri , nə bacıları, nədə ki, komanda yoldaşları iştirak etmədilər. AMERİKA və MEKSİKA arasında baş verən siyasi məsələrərə görə KOBİ-nin valideyinəri onun seçimini  müsbət qiymətləndirməyərək bu evliliyə qarşı çıxdılar . 19 yanvar 2003-cü ildə isə KOBİ-nin NATALYA DAYMANT adlı qızı doğulur.

2005-ci ilin yazında KOBİ –nin həyat yoldaşı VANESSA LEYN süni hamiləlik keçirdi. Ancaq bununla belə 1 may 2006-cı il tarixində KOBİ-nin 2-ci qIzı  da anadan oldu.CANNA MARİYA ONORE 1 may 2006-cı il tarixində dünyaya göz açır. Marağlısı ondan ibarətdir ki  həmin tarixdə KOBİ-nin 2-ci qızı  CANNA, onun keçmiş komanda yoldaşı ŞAKİL ONİL-in qızı MEARAH SANAA-dan 6 dəqiqə tez dünyaya gəlmişdi. 

KOBE BRAYANT 23 dekabr 2007-ci ildə Medison Skver Qarden-də  NYU YORK NİKS-lə oyunda 61 xal toplayaraq nəticədə həm komandasına 95-90 hesablı qələbə qazandırdı,həm də  NBA tarixində 20 min xal səddini keçən ən gənc basketbolçu kimi tarix yazdı! Ancaq KOBi bununla kifayyətlənmədi . o, 22 yanvar 2006-cı ildə Toronto Reptors-la matçda 81 xal toplayaraq NBA  tarixində  bir görüşdə ən çox xal toplayanlar siyahısında 2-ci nəticə göstərdi. Kobi yalnız bir qarşılaşmanı 100 xalla başa vuran UİLT ÇEMBERLEYN-dən geri qalır. 5 dəfə NBA ÇEMPİONU OLAN KOBE BRAYANT HƏMÇİNİN ABŞ millisi ilə 2 dəfə yay olimpiya oyunlarının qızıl medalını qazanıb.

Dəfələrlə ulduzlar qarşılaşmasında çıxış edən KOBİ BRAYANT şərəfini qoruduğu LOS ANCELES LEYKERS klubunun  tarixinin ən məhsuldar oyunçusudur.KOBE BRAYANT həmçinin NBA karyerası ərzində  30 min xal səddini keçən 5 basketbolçudan biridir –ona qədər bu uğura   UİLT ÇEMBERLEYN ,KƏRİM ƏBDÜL CABBAR ,KARL MELOUN və MAYKL CORDAN nail olublar.


Digər xəbərlər

Xəbər xətti