İkiqat dünya çempionu Olimpiadanı buraxa bilər

17:10 14 Aprel 2016

Sərbəst güləş üzrə İran yığmasının liderlərindən sayılan Reza Yezdani ayağından zədə alıb və qeyri-müəyyən müddətə sıradan çıxıb. İranlı güləşçi məşq zamanı tullanarkən yerə uğursuz şəkildə düşüb və topuğundan xəsarət alıb. Həkimlər yaxın günlərdə zədənin nə dərəcədə ciddi olduğunu və onun Rio Olimpiadasında gedib-getməyəcərini açıqlayacaqlar.
Xatırladaq ki, Yazdani 4 il əvvəl də zədə səbəbilə Olimpiya Oyunlarında medal qazanmaq imkanından məhrum olmuşdu. Londonda keçirilən yarışlarda əsas rəqibi – rusiyalı Abdusalam Qadisovu mübarizədən kənarlaşdırandan sonra o, çempionluğa bir nömrəli namizəd sayılırdı. Ancaq yarımfinalda ukraynalı Valeriy Andreysevlə görüşdə dizindən zədələnən güləşçi mübarizəni davam etdirə bilməmişdi. Qeyd edək ki, Yazdani ikiqat dünya və Asiya çempionudu. 


Digər xəbərlər

Xəbər xətti