Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirinin ilk günündə uğursuz başlanğıc

16:55 15 Aprel 2016

Xəbər verdiyimiz kimi bu gün Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb. 


Sportarena.az xəbər verir ki, ilk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparıb.

Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. İlk gündə xalça üzərinə yığmamızın 2 üzvü çıxıb. 


57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahmud Məhəmmədov 1/8 final mərhələsində Belarusiya təmsilçisi Asadulla Laçinaunu məğlub etsə də, 1/4 final mərhələsində Moldova təmsilçisi Anatoli Buruiana uduzaraq mübarizəni dayandırıb.


66 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kamran Məmmədov isə 1/16 final mərhələsində Xorvatiya təmsilçisi Dominik Etlingerə məğlub olub.

 

57 kq (sərbəst güləş)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov 6:8
1/4 final - Mahmud Məhəmmədov - Anatoli Buruian (MDA) 7:8

66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO) 0:6


Xəbər xətti