Daha iki boksçumuz Rio-2016-ya lisenziyanı təmin etdilər

18:53 15 Aprel 2016

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir. 

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü, 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini tam üstünlüklə, 30-25 hesabı ilə məğlub edən Çələbiyev finala adlamaqla yanaşı Rio Olimpiyadasına da vəsiqə qazanıb. 

 

64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenso Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub. İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.


Digər xəbərlər

Xəbər xətti