"Kəpəz" 6 illik tilsimi qıra bilmədi, "Neftçi" doğma meydanda məyus oldu - YENİLƏNİB

17:53 16 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunları keçiriiləcək.

 

Sportarena.az xəbər verir ki,  turun ikinci oyun günündə daha 2 komanda üz-üzə gələcək.

 


Günün ilk matçı Gəncədə baş tutacaq. Son iki oyunda uğursuzluqğa düçar olan "Kəpəz"i bu gün doğma meydanda çətin sınaq gözləyir. Sonuncu dəfə 2010/11 mövsümündə "bankirlər"ə qalib gələn (1:0) Gəncə təmsilçisi ardıcıl 8 oyundur ki, "İnter"ə qalib gələ bilmir. 

 

Günün növbəti matçı isə "Bakcell Arena"da baş tutacaq. Burada əzəli rəqiblər "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Maraqla gpzlənilən matç saat 16:00-da start götürəcək.

 

16 aprel (şənbə)

13:30. “Kəpəz” – “İnter”  1:1

Qollar: Tural Axundov, 31, (1:0), Fomenko, 55, (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Gəncə şəhər stadionu.


16:00. “Neftçi” – “Qarabağ”  1:2

Qol: Dani Kintana, 55, (0:1), Reynaldo, 73, (0:2),  Aylton, 75, (1:2)
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
“Bakcell Arena”.


Digər xəbərlər

Xəbər xətti