Şahin Diniyev: "...uşaq kimi səhvlər edir"

16:03 16 Aprel 2016

"Maraqlı oyun keçdi. Həqiqətən liderlərin oyunu təəssüratları yaradan bir oyun oldu. Birinci və ikinci hissənin ilk 15 dəqiqəsi həqiqətən pis oynadıq. Komandada buna görə səbəb axtarmıram. Çünki komandada fiziki və psixoloji gərginlik var. Lakin komandam oyunun son 25 dəqiqəsində gözəl oyun nümayiş etdirdilər. Bu səbəbdən futbolçularımıza təşəkkürümü bildirirəm".


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXX turunda "Kəpəz" - "İnter" matçından (1:1) sonra "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli mütəxəssis doğma meydanda xal itirmələrinin səbəbini müdafiənin buraxdığı səhvlərdə gördüyünü bildirib:

"Biz 3 xala daha yaxın idik. Lakin səhv etdik və qələbə qazana bilmədik. Hər oyun müdafiəçilərimiz uşaq kimi səhvlər edir. Bu elə matç idi ki, oyunun taleyini 1 qol həll edə bilərdi. Artıq olan oldu. İrəli doğru baxmaq lazımdır. Oyunun son 25 dəqiqəsdə apardığımız mübarizədən sonra mənə elə gəlir ki, qarşıda daha uğurlu nəticələr əldə edə bilərik".


Xəbər xətti