"Fənərbaxça"nın futbolçusu "İnter" yolunda

01:27 19 Aprel 2016

"Fənərbaxça"nın mövsüm sonunda müqaviləsi bitəcək olan yarımmüdafiəçisi Caner Erkin "İnter"ə keçə bilər.

Sportarena.az xəbər verir ki, "Radyospor"a verdiyi müsahibədə klubun keçmiş rəhbərlərindən Murat Aşıkın qeyd edib ki, 1 ay öncə Caner Erkin Roberto Mançinin çalışdırdığı “İnter” klubu ilə danışıqlara başlayıb və tərəflər artıq ilkin razılığa gəlib.

Bu açıqlamaya baxmayaraq Canerin meneceri Batur Altınparmak bu mövzu ilə əlaqəli heç bir xəbərinin olmadığını qeyd edib.

Qeyd edək ki, Caner "Fənərbaxça"da 2010-cu ildən bəri çıxış edir.


Xəbər xətti