Zaur Axundov: "Yeni baş məşqçi tapmaq problem olmayacaq"

18:59 19 Aprel 2016

Futzal federasiyasının prezidenti Zaur Axundov milli komandamızın baş məşqçisi Tino Peresin istefasına münasibət bildirib. 


Sportarena.az xəbər verir ki, o, bu barədə açıqlamasında bunları söyləyib:

"Biz bunu öncədən də bilirdik. Peres sağ olsun ki, bu qərarı ilə bağlı bizə məlumat vermişdi. Yeni baş məşqçi axtaracağıq. Fikrimcə, bu baxımdan problemimiz olmayacaq. Kolumbiyadakı dünya çempionatının hazırlığının startına qədər yeni baş məşqçimiz bəlli olacaq".(Azerisport.az)


Digər xəbərlər

Xəbər xətti