Millimizin rəqibi heyətinə "Arsenal", "Monako" və "Benfika"dan futbolçular çağırdı

13:38 22 Aprel 2016

17 yaşadək futbolçuların Avropa çempionatında millimizin çıxış edəcəyi qrupda əsas rəqib hesab edilən Portuqaliya yığması Bakıya gətirəcəyi heyətini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, prineylilər Bakıya 23 futbolçu ilə gələcək.


Qeyd edək ki, baş məşqçi Elio Souza İngiltərənin “Arsenal”, “Vest Hem”, “Stok Siti”, eləcə də Fransanın “Monako” və “Lion” klublarında çıxış edən oyunçulara da dəvət göndərib.

Joao Virginiya (“Arsenal”, İngiltərə), Ruben Vinaqre (“Monako”, Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Xose Qomes, Nuno Santos (hamısı “Benfika”), Dominqos Quina (“Vest Hem”, İngiltərə), Dioqo Kosta, Dioqo Dalot, Dioqo Leite, Dioqo Lameyra (hamısı “Porto”), Mikael Almeyda (“Lion”, Fransa), Luis Maksimiano, Migel Luis, Joao Oliveyra, Terri Leao (hamısı “Sportinq”), Luis Silva (“Stok Siti”, İngiltərə), Romen Korrea (“Vitoria Gimaraeş”).


Digər xəbərlər

Xəbər xətti