L.Həmilton İngiltərənin ən varlı idmançısıdır?

21:47 25 Aprel 2016

Britaniya mətbuatının apardığı araşdırmalalara əsasən, Luis Həmilton İngiltərənin ən varlı idmançısıdır.

 

Sportarena.az xəbər verir ki, Luis Həmilton "The Times" jurnalının “Ən nüfuzlu 100 adam” siyahısına düşüb. Bu siyahıya daxil olmaq üçün ya rekordlar qırılmalıdır, ya həddən artıq dəbdəbəli həyat tərzi keçirilməlidir ya da həmin şəxsin minimum 103 milyon dollar sərvəti olmalıdır.


İngiltərə və İrlandiya mətbuatının araşdırmasına görə, Luis Həmiltonun 106 milyon funt sterlinq sərvəti var və sürücü hazırda İngiltərənin ən varlı idmançısıdır.


Xatırladaq ki, 2014 və 2015-ci illərdə aparılan araşdırmalarda da Həmilton ən varlı idmançı olmuşdu. (f-1.az)


Digər xəbərlər

Xəbər xətti