Roman Qriqorçuk: "Neftçi" ilə oyunda bizi 5:0 hesablı qələbə qane edəcək"

15:10 26 Aprel 2016

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında bunları söyləyib:


"Bizi 5:0 hesablı qələbə qane edir (gülür). Kubok oyunları həmişə ciddi xarakter daşıyır. Yaxşı komandaya qarşı oynayacağıq. Fikrimcə, maraqlı, gərgin, ciddi oyun olacaq. Mübarizə iki oyundan ibarətdir. Bu üzdən də müəyyən strategiya ilə hərəkət etməyə çalışacağıq. Azərbaycan Kubokunun finalına çıxmağı çox istərdik. Hələ heyətlə bağlı hansı itkilərimizin olacağını dəqiq bilmirik. Amma hazırda Ermin Zetsin oynamayacağını dəqiq deyə bilərəm".(azerisport.az)


Digər xəbərlər

Xəbər xətti