Rusiya-2016: Üçüncü stüard – Emanuele Pirro

23:11 26 Aprel 2016

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Emanuele Pirro kömək edəcək.
 
Sportarena.az xəbər verir ki, keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub. 

Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb. 

Rusiya Qran Prisinin mübahisələri insidentlərini araşdırmaqda Pirro FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyara və FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şettiyə kömək edəcək.


Digər xəbərlər

Xəbər xətti