"Qarabağ" "İnter"i darmadağın etdi, "Neftçi" doğma meydanda bərabərə qaldı - YENİLƏNİB

20:52 27 Aprel 2016

Bu gün Azərbaycan Kubokund yarımfinal mərhələsinin ilk oyunlarında start veriləcək.


Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək hər iki matç paytaxtda baş tutacaq.

 

Günün ilk matçı "İnter Arena"da keçiriləcək. Burada "İnter" "Qarabaö"ı qəbul edəcək. Ardıcıl ikinci dəfə "qızıl dubl" etmək istəyən Ağdam təmsilçiləri bu matça qələbə üçün çıxacaq. Lakin, "İnter" də asanlıqla təslim olmaq niyyətində deyil. Belə ki, tarixində 5-ci dəfə final mərhələsinə yüksəlmək üçün çalışan "bankirlər" ilk olarq "Qarabağ" səddini aşmağ çalışacaq.

 

Mərhələnin və günün son matçı isə "Bakcell Arena"da reallaşacaq. Avrokuboklara getmək arzusu ilə alışıb-yanan "Neftçi" bu gün doğma meydanda "Qəbələ"ni sınağa çəkəcək. Premyer Liqada uğurlu nəticələr göstərə bilməyən hər iki komanda son ümidlərini kuboka bağlayıb. Maraqla gözlənilən matç saat 19:00-da start götürəcək.

 

27 aprel (çərşənbə)

Azərbaycan kuboku
1/2 final, ilk oyunlar

 
16:00. "İnter" – "Qarabağ"  0:4

Qollar: Migel Madera, 19, 60 (0:1; 0:2), Dani Kintana, 67, (0:3), Reynaldo, 85, (0:4)
"İnter Arena"

 
19:00. "Neftçi" – "Qəbələ"  1:1

Qollar: Aleksey Qay, 5, (0:1), Rəhman Hacıyev, 60, (1:1)

Qırmızı vərəqə: Rəşad Sadiqov("Qəbələ")
"Bakcell Arena"


Digər xəbərlər

Xəbər xətti