"Qarabağ"da ciddi itki

16:17 27 Aprel 2016

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "İnter" doğma meydanda "Qarabağ"ı qəbul edir.

 

Sportarena.az xəbər verir ki, hal-hazırda davam edən matçda Ağdam təmsilçisi ciddi itki ilə üzləşib. Belə ki, matçın 13-cü dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem zədələnib. Qasıq əzələsindən zədə alan futbolçu əvəzlənərək meydanı tərk edib. Onun yerinə meydana Reynaldo daxil olub.

Futbolçunun hansı müddətə zədələndiyi isə həkim müayinəsindən keçdikdən sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti