Klopp: "Mən bura gələndə heç kim final haqqında düşünmürdü"

01:07 28 Aprel 2016

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasında “Vilyareal”a qarşı oyun haqqında UEFA-nın rəsmi saytına müsahibə verib.

“Mən oktyabrda "Liverpul"a gələndə heç kim final haqqında fikirləşmirdi. İndi isə bu məqsədə artıq çox yaxınıq. Təcrübəni almaq mümkün deyil. Sən onu qazanırsan, sonra isə istifadə edirsən. Amma təcrübəni düzgün istifadə etməyəndə bu mənasız olur. Hər şey effektivlikdən irəli gəlir.

Biz “Vilyareal” 5-6 matçına baxmışıq. Onların müdafiəsi yaxşı təşkil olunub. Onlar səbrlə rəqibin səhvini gözləyir, sonra isə cəzalandırırlar. Soldado və Bakambuya topu qazanmağa imkan vermək olmaz. Bu ən yaxşı ideyadır.” – Klopp deyib.


Digər xəbərlər

Xəbər xətti