Hakimlər Komitəsindən yenilik

17:59 28 Aprel 2016

Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir. 

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.


Azərbaycan Kubokunun  ½ final mərhələsinin və Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar  sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq. 


Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.


Xəbər xətti