AGF Kubokunda son gün 3 qızıl, 4 gümüş və 9 bürünc medal

01:32 30 Aprel 2016

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.


Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparıb. 


Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışıb. Yığmamızın üzvləri son yarış günündə 3 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabın Azərbaycan 73 xalla birinci, İran 64 xalla ikinci, eyni xal toplayan Gürcüstan yığması üçüncü yerdə qərarlaşıb. 


Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. 


Digər xəbərlər

Xəbər xətti