"Zirvə Oyunları" başladı

01:17 1 May 2016

Yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “IV ZİRVƏ OYUNLARI” başlayıb. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançıların qatılacağı bu yarış artıq böyük ənənə halını almaqdadır.
Dünən ilk olaraq üzgüçülük və cüdo üzrə yarışlar keçirilib. “Zirvə” Uşaq-İdman Akademiyasının basseynində gənc üzgüçülər maraqlı medal mübarizəsi aparıblar. 6-7-8-9-10 yaşlı oğlanlar və 5-6-7-8-9-10 yaşlı qızlar arasında 4 üsul üzrə birincilikdə qaliblər müəyyən edilib, fəxri diplom və medallar təqdim edilib.
“Zirvə” İdman Kompleksinin yarış zalında isə 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında -38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq çəki dərəcələrində cüdo yarışı keçirilib. Qaliblər müəyyən edilib, mükafatçılar medal və fəxri diplomlarla təltif ediliblər.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.


Digər xəbərlər

Xəbər xətti