Rio-2016-ya yollanan futbol hakimlərinin adları müəyyənləşib

18:08 3 May 2016

FİFA 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə etmək üçün 40 ölkədən 88 hakimə dəvət göndərib.

Hakimlərdən 50-si kişilərin, 38-i isə qadınların mübarizəsinə təyinat alıb.

Kişilərin yarışına Avropa qitəsindən 15 hakim çağırılıb. Onların arasında türkiyəli referi Cüneyt Çakır, eləcə də köməkçiləri Bahattin Duran və Tarik Onqun da var. Digər baş hakimlər rumıniyalı Ovidiu Hateqan, rusiyalı Sergey Karasyov, ispaniyalı Antonio Migel Matyö Lahoz və fransalı Kleman Turpendir.

Qeyd edək ki, “Rio-2016”da futbol yarışları 4 - 20 avqustda olacaq.


Xəbər xətti