Messinin uğurunun sirri bəlli oldu - VİDEO

21:06 3 May 2016

Lionel Messi...Uğurlari ilə futbol tarixinə adını yazan futbolçunun həkimi mediaya açıqlama verib. O, Messinin pəhriz sirrlərini paylaşıb.

Həkiminin sözlərinə görə, doğru qidalanma 28 yaşlı oyunçunun futbolda uğur qazanmasında böyük rol oynayır. Yalnız təbii məhsullarla qidalanan ulduz futbolçu, yeməklərdə zeytun yağından istifadə edir. O, gün ərzində eyni zamanda bol su içir. Həkim ayrıca Messinin formada qalmasında daim hərəkətdə olmasının da böyük önəm daşıdığını vurğulayır. O ki qaldı futbolçunun imtina etdiyi qidalara, Messi qətiyyən şəkərdən istifadə etmir.

Qeyd edək ki, Lionel Messi ən çox qazanan futbolçulardan biridir. Onun illik gəliri 65 milyon dollar təşkil edir.

ATV.az

 


Digər xəbərlər

Xəbər xətti