Rəsul Çunayevlə Şalva Qadabadzenin rəqibləri müəyyənləşdi

18:32 5 May 2016

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.


Sportarena.az xəbər verir ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək. 


İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 


66 kq 
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev


98 kq
1/8 final - Daniel Gastl (AUT) - Şalva Qadabadze 


İlk görüşlər Bakı vaxtı ilə sabah saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq.


Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.


Xəbər xətti