"Böyük Dəbilqə" turnirinə start verildi

12:01 6 May 2016

Bu gün səhər saatlarında Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə əklil və gül qoyublar, ruhuna dualar oxuyublar.


Sportarena.az xəbər verir ki, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Saat 10:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verildi.


Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər turnirə mayın 8-də yekun vurulacaq.


Xəbər xətti