"Qəbələ"nin çempion olan baş məşqçisinin fikirləri - VİDEO

22:51 6 May 2016

Ötən tur əvəzedici heyətlərin mübarizəsində 2015/2016 mövsümünün qalibi müəyyənləşib. "Qəbələ" əvəzediciləri sona 4 tur qalmış çempionluğunu təmin edib.
Ramin Quliyevin yetirmələri 32-ci turda "Neftçi"ni qəbul edib. 4:0 hesabı ilə qalib gələn komanda ikinci pillədə qərarlaşan "Sumqayıt"la xal fərqini 13-ə çatdırıb.
Qeyd edək ki, bu, Ramil Quliyevin komandada ilk mövsümüdür. Məşqçi ilk cəhddən qızıl medalları qazanmaqla "Qəbələ"nin tarixinə düşüb.
Çempionata uğursuz start verən və 5 turdan sonra sonuncu pillədə qərarlaşan komanda sonradan qazandığı ardıcıl qələbələrlə zirvəyə yüksəlib.
Komandamızın hücumçuları Ehtiram Şahverdiyev - 20, Ramil Hasanov - 17 qolla çempionatın bombardirlər siyahısına başçılıq edirlər.
Mövsüm ərzində əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın matçlarında meydana çıxıb.
Onu da əlavə edək ki, komanda mövsümün ikinci yarısında indiyə qədər keçirdiyi görüşlərdə məğlub olmayıb. 14 görüşün 11-ini qələbə ilə tamamlayan əvəzedicilər cəmi 3 oyunda xal itirib. 

 


Xəbər xətti