Qadınlardan ibarət milli komandamız tarix yazdı

12:46 7 May 2016

Karate üzrə qadınlardan ibarət yığmamız tarixində ilk dəfə komanda yarışlarında Avropa çempionatının finalına yüksəlib.


Sportarena.az xəbər verir ki, heyətində İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyeva kimi karateçilərimiz ilk görüşdə Portuqaliya idmançılarını 7-1 hesabı ilə məğlub ediblər. Komandamız daha sonra Rusiyanı 8-5, Finlandiyanı isə 6-3 hesabı ilə məğlub edərək yarımfinala yüksəliblər. 


Final uğrunda həlledici görüşdə isə qadın komandamızın rəqibi güclü Türkiyə idmançıları olub. Bu mərhələdə əzmkar mübarizə nümayiş etdirən karateçilərimiz hesabda geri olsala da nəticədə 7-4 hesablı qələbə ilə finala çıxıblar. 


Digər xəbərlər

Xəbər xətti