Cavid Hüseynov bütün jurnalistləri məhkəməyə dəvət etdi

23:50 7 May 2016

"Qəbələ"nin həbsdə olan sabiq futbolçusu Cavid Hüseynov jurnalistlərə müraciət edib.

Adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçən futbolçu bu cinayətdə heç bir günahının olmadığını bildirib:
 
"Mən qatil deyiləm, futbolçuyam. Məni olduğum kimi qəbul edin. Bütün jurnalistlərə mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm. Həmin gün mən ifadə verəcəm. Xahiş edirəm, həqiqəti yazın".


Digər xəbərlər

Xəbər xətti