Millimizin üzvü oynadı, komandası məğlub oldu

17:38 9 May 2016

İspaniya Sequndasında 37-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası növbəti matçına çıxıb.

“Kordoba” doğma meydanda “Jirona” ilə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının qələbəsi ilə başa çatıb – 1:0.

Eddi bu görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. “Kordoba” geridə qalan turlarda topladığı 55 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti