UEFA Bakı Olimpiya stadionunu siyahıdan çıxardı

16:33 10 May 2016

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. 


Sportarena.az xəbər verir ki,UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək.


Qeyd edək ki, daha öncə yarımfinal və final matçlarının Bakı Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, UEFA həlledici görüşlərdə ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb.


Digər xəbərlər

Xəbər xətti