Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlandı

10:15 11 May 2016

Çempionlar Liqasında "Atletiko" ilə "Real" arasındakı final qarşılaşmasını Mark Klatenburqun hakimlər briqadası idarə edəcək. 


Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.
 

Bu mövsüm 41 yaşlı referi Çempionlar Liqasının 6 oyununu idarə edib. Həmin oyunlarda o , 29 sarı vərəqə göstərib. Maraqlıdır ki, Klatyenburq heç bir oyunda penalti təyin etməyib və futbolçunu meydandan qovmayıb.
 

Klatenburq "Atletiko"nun PSV Eyndhovenilə (0:0, 8:7 pen) və "Bavariya" ilə (1:0) qarşılaşmalarını idarə edib. Bundan başqa, qrup mərhələsinin "Real" - PSJ (1:0) oyununda da baş hakim ingilis referi olub.


Xəbər xətti