Birinci divizionda son turun hakim təyinatları açıqlandı

14:52 11 May 2016

Futbol üzrə Azərbaycan I Divizionunda 26-cı turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, I divizionun son turunda keçiriləcək görüşləri aşağıda adları qeyd olunmuş hakimlər idarə edəcək.


12 may (cümə axşamı)


“Şərurspor”  - “Bakı”
Hakimlər:
Nail Nağıyev, Cəmil Quliyev, Samir Ələsov, Natiq Əlixanov
Hakim-inspektor: Akif Məmmədov
“Bayıl Arena”, 20:30


13 may (cümə)


“Zaqatala” – “Ağsu”
Hakimlər:
Rövşən Rəcəbov, Cavanşir Yusifov, Elman Kərimov, Sərxan İsmayılov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu, 16:00


“Turan Tovuz” – “Şəmkir”
Hakimlər:
Anar Niyazov, Mübariz Haşımov, Şakir Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Azad Mütəllimov
Tovuz şəhər stadionu, 16:00


MOİK – “Şahdağ”
Hakimlər:
Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Salman Vəliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00


“Qaradağ Lökbatan” – “Mil-Muğan”
Hakimlər:
İnqilab Məmmədov, Nahid Əliyev, Hüseyn Əsgərov, Kərim Kərimov
Hakim-inspektor: Abdulla Məmmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00


“Neftçala” – “Energetik”
Hakimlər:
Hacıəli Ağayev, Kənan Məlikov, Maqsud Şıxəliyev, Rəşad Aydınov
Hakim-inspektor: Samir Kərəmov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu, 15:00


“Bakılı” – “Göyəzən”
Hakimlər:
Mahir Məmmədov, İlkin Arzumanov, Elşən Məmmədov, Emil Müsadiq
Hakim-inspektor: Namiq Qasımov
“İnter Arena”, 4-cü meydança, 14:00


Digər xəbərlər

Xəbər xətti