Ronaldinyo Türkiyə klubunda

11:11 13 May 2016

Braziliya millisinin sabiq üzvü Ronaldinyo karyerasını Türkiyədə davam etdirə bilər. 


Sportarena.az xəbər verir ki, futbolçunun xidmətindən "Antalyaspor" klubu maraqlıdı.


Bu barədə klub prezidenti Gültekin Gencer açıqlama verib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı qarşı tərəflə danışıqlara başlanılıb.


Xatırladaq ki, Türkiyənin "Antalyaspor" klubu daha öncə Samuel Eto’o transferi ilə gündəmə gəlmişdi. Türkiyə mətbuatı brazilyalının gəlişində məhz "Antalyaspor" klubunun ulduz futbolçusu Samuel Eto’o vasitəçi olduğunu qeyd edib. Ronaldinyo ilə Eto’o "Barselona" da birgə çıxış etdikdən bəri dostluq edir.


Digər xəbərlər

Xəbər xətti