"Real" futbolçusunu geri qaytarır

22:09 13 May 2016

Madrid "Real"ı Alvaro Moratanın transferini bitirmək üzrədir.
 
Madrid təmsilçisi müqavilədəki bəndi əsas tutaraq 30 milyon avroya klubun yetirməsini geri qaytarmaq qərarına gəlib.
 
Artıq sənədlərin hazırlanması prosesinə başlanıb.Lakin yay transfer pəncərəsinin açılmasına qədər razılığa əsasən keçid barədə rəsmi məlumat verilməyəcək.
 

Madrid "Real"ı Moratanı aldıqdan sonra onu başqa kluba baha qiymətə satacaq. Hazırda forvardla ciddi şəkildə PSJ , "Arsenal" və "Mançester Yunayted" maraqlanır. Bu komandalar onun üçün 50 milyon avro ödəməyə hazırdır.
 


Digər xəbərlər

Xəbər xətti