Levandovski Bundesliqanın tarixinə düşdü

22:41 14 May 2016

"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasının tarixinə düşüb.


Sportarena.az-ın məlumatına görə, futbolçu bu gün Almaniya Bundesliqasında 2015/2016 mövsümünün son turunda "Hannover"ə qarşı keçirilən matçda qol vurub. Futbolçu bu matçda fərqlənməklə cari mövsüm ərzində vurduğu qolların sayını 30-a yüksəldib. Bu da futbolçunu Almaniya Bundesliqasında  ilk dəfə bir mövsüm ərzində 30 qol vuran legioner kimi tarixə düşməsinə səbəb olub.


Xatırladaq ki, çempionluğunu bir neçə tur öncə rəsmiləşdirən "Bavariya" klubu bu gün "Hannover"i doğma meydanda 3:1 hesabı ilə məğlub edib.


Xəbər xətti