Sportarena.az
23 Yanvar 2017

Gimnastların və batutçuların birgə yarışı başa çatdı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan çempionatı,  batutçuların isə ölkə çempionatı və Bakı birinciliyi çərçivəsində yarışları sona çatıb. 


Sportarena.az xəbər verir ki, bədii gimnastika üzrə yarışlarda gənclər yaş qrupunda ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib.


Əsas etibarilə bu finallarda güclü rəqabət gimnastlar İlahə Məmmədova (1-ci yer – top, gürzlər; 2-ci yer – ip, halqa), Zöhrə Ağamirova (1-ci yer – ip, halqa; 2-ci yer - top; 3-cü yer – gürzlər), Veronika Qudis (2-ci yer - gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer – halqa; 3-cü yer – top) və Darya Sorokina (3-cü yer – ip) arasında gedib. Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan 17-19 iyun tarixlərində İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər.


Batut gimnastikası üzrə də turnir davam edərək, kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə aparıblar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Maqsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləniblər.


Yarışların sonunda gimnastlar ənənəvi Qala–konsertdə göz oxşayan çıxışlarla xalçanı bəzəyiblər.

Tarix
15.05.16 [13:57]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Yanvar
22 Yanvar 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio