Millimizin qarşılaşacağı 2 rəqib müəyyənləşdi - Rəsmi

17:31 16 May 2016

21 yaşadək futbolçulardan ibarət milli komandamız mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək.

 

Sportarena.az xəbər verir ki, millimiz hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyununda gücünü sınayacaq. 
 

Millimiz mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti