"Rio-2016"ya daha bir lisenziya

18:50 16 May 2016

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (İTU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) təsdiq məktubu göndərilib.

 

İTU-nun reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

 

Qeyd edək ki, Rostislav Pevtsov Azərbaycana 48-ci lisenziyanı qazandırıb


Xəbər xətti