İspaniya millisinin "Avro-2016" üçün heyəti açıqlandı: Torres və Kosta yığmaya çağırılmadı

18:49 17 May 2016

Son Avropa çempionu İspaniya millisinin "Avro-2016"nın final mərhələsi üçün genişləndirilmiş heyəti açıqlanıb.


Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Visente del Boske 25 futbolçuya dəvət göndərib.


Maraqlıdır ki, "Çelsi"nin hücumçusu Dieqo Kosta və "Atletiko"nun (Madrid) forvardı Fernando Torresi yığmaya çağırılmayıb.


Qeyd edək ki, A qrupunda qərarlaşan İspaniya millisi Xorvatiya, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.


Qapıçılar: İker Kasilyas ("Portu", Portuqaliya), David de Xea ("Mançester Yunayted", İngiltərə), Serxio Riko ("Sevilya")


Müdafiəçilər: Serxio Ramos, Daniel Karvahal (hər ikisi "Real", Madrid), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı "Barselona"), Sezar Aspilikueta ("Çelsi", İngiltərə), Mikel san Xose ("Atletik" Bilbao), Xuanfran ("Atletiko", Madrid)


Yarımmüdafiəçilər: Bruno Soriano ("Vilyareal"), Serci Buskets, Andres İniyesta (hər ikisi "Barselona"), Koke, Saul Niqes (hər ikisi "Atletiko", Madrid), Tiaqo Alkantara ("Bavariya", Almaniya), İsko ("Real", Madrid), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi "Çelsi"), David Silva ("Mançester Siti", İngiltərə)


Hücumçular: Arits Aduris ("Atletik", Bilbao), Nolito ("Selta Viqo"), Alvaro Morata ("Yuventus", İtaliya), Lukas Vaskes ("Real", Madrid) 


Digər xəbərlər

Xəbər xətti