"İnter" İtaliyada birinci oldu

12:59 18 May 2016

2015/16 İtaliya A seriyasının nəticəsinə görə "İnter" oyunlarına  ən çox azarkeş gələn komanda olub.


Sportarena.az xəbər verir ki, Milan təmsilçisinin azarkeş sayının orta göstəricisi  22% artaraq  45538 nəfərə çatıb.

2-ci yerdə Turinin "Yuventus" (38628) komandası qərarlaşıb. Onların orta göstəricisi 2011-ci ildə yeni arenanın açılışından sonra dəyişməz olaraq qalır.


Üçüncü pilləni isə  "Napoli" tutub (37777). Neapol təmsilçisinin orta göstəricisinin artımı  17,1% təşkil edib. 


Qeyd  edək ki, ümumilikdə İtaliya A seriyasında orta göstərici oyun başına 22 mindən bir qədər artıq təşkil edib.


Digər xəbərlər

Xəbər xətti