Kanoeçimiz yarımfinala yüksəldi

13:17 18 May 2016

Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında seçmə yürüşə qatılıb. 


Sportarena.az xəbər verir ki, 1 nəfərlik qayıqla (C-1) 1000 metrlik finişə 4 dəqiqə 2,907 saniyəyə çatan Kupin 4-cü yeri tutub.


İlk 3-lüyə düşən slovakiyalı Mater Rusnak (03:56.924), serbiyalı Strahinya Mladeziç (03:57.087) və ispaniyalı Dieqo Romero (03:58.522) birbaşa finala yüksəlib. 


Azərbaycan təmsilçisi isə geridə qoyduğu yunanıstanlı Stefanos Dimopulos (04:05.362), estoniyalı Yosep Karlson (04:12.129), eləcə də digər seçmə yürüşdə ilk "3-lüy"ə düşə bilməyən belaruslu Aleksey Maxnist (04:05.961) və estoniyalı Daqnis İlyinslə (04:06.296) birgə yarımfinalda mübarizə aparacaq.


Qeyd edək ki, finala yüksəlmək üçün yenə ilk "3-lüy"ə düşmək lazımdır


Digər xəbərlər

Xəbər xətti